“Neftqaztikinti” Tresti tərəfindən “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Günəşli” yatağında quraşdırılması nəzərdə tutulan yeni 7 nömrəli dərin dəniz özülünün inşası 2016-cı ilə qədər başa çatacaq. Bu barədə SOCAR-ın məlumatında deyilir.
Özülün dayaq bloku 20 istismar quyusunun qazılması üçün nəzərdə tutulub. 2015-ci ilin sonuna qədər tikintisi başa çatdırılacaq bu obyekt yataqdan neft hasilatının artırılması üçün inşa edilir”, – deyə məlumatda qeyd edilir.
Hazırda 16 ədəd modulun layihə nöqtəsində tikintisinə hazırlıq gedir.
Bundan başqa, layihə çərçivəsində ümumi uzunluğu 12 km olan 9 ədəd neft-qaz boru xətti quraşdırılacaq.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir. Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.