“Neytral Türkmənistan” qəzeti yazır ki,”Şərq-Qərb” regionlararası qaz kəmərinin üç xətti germetiklik və möhkəmlik üçün hidravalik sınağa tam hazırdır.
“Şatlıkdan Beleka qədər olan sahələrdə 250 km-lik xəndəklərdə borular qaynaq edilib və quraşdırılıb. Ümumilikdə diametri 1420 mm olan 600 km-lik boru kəməri quraşdırılıb”.- deyə məqalədə deyilir.
Ümumi uzunluğu 773 km olan boru kəmərin 30 milyard kub metr qaz ötürmə gücü var.
“Neytral Türkmənistan” qəzeti yazır ki,”Şərq-Qərb” boru kəmərinin tikintisində “Türkmənnebitqazqurluşuk” dövlət konsernin 6 tresti iştirak edir.
Qaz kəməri üçün xammal mənbəyi “Qalkanış” yatağı olacaq.
Qeyd etmək lazımdır ki,”Şərq-Qərb” kəməri Avropaya qaz tədarükü üçün istifadə edilə bilər.