RİA Novosti agentliyi “Qazprom” şirkətinin sədr müavininə istinadən xəbər verir ki, şirkət 2015-ci ildə Türkmənistan və Özbəkistandan qazın alınmasını 10 milyard kub metrə qədər azaldacaq.
O qeyd edib ki,c2015-ci ildə şirkət Mərkəzi Asiyadan qazın alınmasını davam etdirəcək, ancaq həcmi əhəmiyyətli dərəcədə azaldaraq, öz qazı ilə əvəzləyəcək.
“Türkmənistan ilə müqaviləyə əsasən bu il qazın alınmasını 10 milyard kub metrdən 4 milyard kub metrə qədər azaltmışıq. Özbəkistandan isə şimal istiqamətində qazın tranzitini və bazarlarda paylanmasını təmin etmək üçün bir milyard kub metr qaz lazımdır”, – deyə Medvedev bildirib.
“Ümumilikdə Türkmənistandan və Özbəkistandan müvafiq olaraq 6.5 və 3 milyard kub metr qaz – demək olar ki, 10 milyard kub metrə yaxın qaz Rusiya qazının iqtisadi faydası ilə əvəz ediləcək. Bu “Qazprom” üçün əlavə gəlir olacaq”, – deyə “Qazrpromun” top-meneceri bildirib.