Neft ucuzlaşdığı üçün BP şirkəti 2015-ci ildə xərcləri azaltmaq üçün əməkdaşlarının əmək haqlarını donduracaq. Bu qərarı şirkətin rəhbəri Robert Dadli əməkdaşlara bildirib, deyə Financial Times bildirir.
O deyib ki, 2016-cı ildə əmə haqları adi rejimdə veriləcək.
Əmək haqları BP-nin əməliyyat xərclərinin böyük hissəsini təşkil edir. Reuters-in məlumatına görə, 2013-cü ildə şirkət 83 900 əməkdaşına $14 mlrd əmək haqqı və pensiya verib.
Yanvarda şirkət elan edib ki, 200 ştatlı iş yerini və müqaviləli 100 yeri ləğv edəcək.
Şirkət 2016-cı ildə aktivlərinin $10 mlrd-ı satmaq istəyir.
Qeyd edək ki, əvvəllər şirkət hər il əməkdaşlarının maaşlarını 3-5% artırırdı.
Caspian Barrel-in məlumatına görə, bununla bağlı “BP-Azerbaijan” şirkətində də ştatda olan işçilər əmək haqlarının artırılmasına olan ümidlərini bu il və ola bilsin gələn il də itirsinlər. Bu il şirkətdə aparılan 15% ixtisardan sonra Azərbaycanda BP-nin ştatlı işçilərinin sayı 2500 nəfərdən artıq olacaq.