SHANA agentliyi xəbər verir ki,İranın neft naziri Bijan Namder Zanqane bütün regionların qubernatorlarına məktub yazaraq qaz istehlakını azaltmaq üçün tədbirlər görməyə çağırıb.
Nazirin sözlərinə görə,İran gündə 600 milyon kub metr qaz hasil edir.
“Yaşayış sektorunda qaza olan tələbatın artımı ilə sənaye müəssisələrinin təchizatı məhdudlaşdırmaq lazım gəlir” deyən Zanqane qeyd edib ki,yeni addımlar bütün ölkə ərazisində tətbiq edilməlidir ki,qışda qaz təchizatına məhdudiyətlər yaranmasın.
Dekabrın 21-də İranda istehlak edilən qazın həcmi 569 milyon kub metrə çatıb ki,bu həcmin 411 milyon kub metri ev təsərüfatlarının,82 milyon kub metri sənayenin,76 milyon kub metri isə elektrik stansiyalarının payına düşüb.
2013-cü ildə İranda təbii qaz hasilatı gündə 485 milyon kub metr təşkil edib.
Hazırda hasilat gündə 560-570 milyon kub metr təşkil edir.