Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib ki, dünya əmtəə qiymətlərinin dəyişməsindən asılı olmamaq üçün Qazaxıstana yeni neft emalı zavodu inşa etmək lazımdır.
“Bizə daha çox hazır məhsul edən yeni NEZ lazımdır” – deyə prezident Atırau neft emalı zavodunda neftin dərin emalı kompleksini istismara verildikdən sonra bildirib.
ANEZ 1945-ci ildə istismara verilib. Zavodun ilk məhsulu avtomobil benzini olub. Zavodun ilkin gücü ildə 800 min ton təşkil edirdi.
Zavodda aromatrik karbohidrogenlər istehsalı zavodu 2010-2014-cü illərdə inşa edilib.
AKİ layihəsi iki əsas texnoloji obyektin inşasını nəzərdə tutur : Katalik riforminqi və aromatik karbohidrogenlər istehsalı qurğuları.
Atırau NEZ-nın 95.5% səhmləri “KazMunayGaz” şirkətinə məxsusdur.
Hazırda Qazaxıstanda 3 neft emalı zavodu fəaliyyət göstərir – Şımkənd, Pavlodar və Atırau.