“Bloomberg” yazır ki, Norveç 2015-ci ildə “Troll”yatağında məhsuldarlığın artması hesabına qaz hasilatı rekordunu yeniləyəcək.
Cari ilin nəticələrinə görə, ”Troll” yatağında 33 milyard kub metr qaz hasil ediləcək ki,bu da 2014-cü ildəki göstəricidən 14% çoxdur.
Norveç Neft Direktorluğunun məlumatına görə, Norveçdə ümumi qaz hasilatı ilin əvvəlindən 84.6 milyard kub metrə çatıb. 2015-ci ildə ümumi qaz hasilatı 116.5 milyard kub metr təşkil edəcək və 2012-ci ildəki (114.7) rekorddan çox olacaq.
“Troll” Norveçin ən byük qaz yatağıdır. Norveç şelfində qaz ehtiyatlarının təxminən 40% bu yatağın payına düşür. “Troll” yatağının istismarı ən azı 70 il davam edəcək.