Maraqlı Xəbərlər

Serbiya Azərbaycana görə Rusiya qazından imtina etməyə hazırdır

турецкий-потокSerbiya Rusiyadan enerji asıllığını azaltmaq niyyətindədir. Bunu Serbiyanın baş naziri Aleksandr Vuçiç d AP agentliyinə müsahibəsi zamanı bildirib. O qeyd edib ki,Serbiya qaz tədarükünün diversifikasiyasına hazırdır.

Xatırladaq ki, ABŞ Balkan ölkələrini “Türk axınından” Azərbaycanın iştirakçısı olduğu “Cənub Qaz dəhlizinin” tərkib hissəsi olan Trans Adriatik qaz kəməri layihəsinin xeyrinə imtina etməyə çağırıb.

“Cənub Qaz Dəhlizi” Avropaya Gürcüstan və Türkiyə vasitəsilə Xəzər regionundan qaz nəqlini nəzərdə tutur və AB üçün prioritet hesab edilir.

Qaz ilkin mərhələdə “Şahdəniz” in ikinci fazası çərçivəsində hasil olunacaq. Layihəyə bir sonrakı mərhələdə digər mənbələr qoşula bilər.

Yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq qaz Türkiyəyə və avropa bazarlarına Cənubi Qafqaz qaz kəmərinin genişlənməsi və (TANAP) Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərinin tikintisi vasitəsilə tədarük ediləcək.