Materiallar

Azərbaycan Avropanı qazsız qoya bilər

A pressure gauge is seen at a gas compressor station near UzhhorodSon illər “enerji təhlükəsizliyi” ifadəsi dövlət qarşısında dayanan siyasi, hərbi və ya digər istənilən ənənəvi çağırışa bərabər əhəmiyyət qazanıb. Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycan və Türkiyə kimi tədarükçü və tranzit ölkələr əsas rol ayrılır. Lakin paradoksal olsa da, hazırda Avropanın enerji təhlükəsizliyi heç kəsdən deyil, məhz Avropanın özündən asılıdır.

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev bildirib: “İndi bütün səylərimiz ona yönəlib ki, bizi Gürcüstanla birləşdirən Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsini və TANAP-Trans-Anadolu layihəsinin inşasını vaxtında, bəlkə də vaxtından əvvəl təmin edək. Məncə, biz qarşımıza qoyduğumuz hədəflərə vaxtında, bəlkə də daha tez çatacağıq. Eyni zamanda, ümid edirəm ki, TAP-Trans-Adriatik layihəsinin qarşısında da heç bir süni əngəl meydana çıxmayacaq. Çünki əgər belə əngəl olarsa, o zaman əlbəttə ki, burada udan tərəf olmayacaq”.

Hazırda Azərbaycan “Şahdəniz” (indiki mərhələdə Avropaya əsas qaz tədarük mənbəsi) üzrə tərəfdaşları və Türkiyə ilə “Cənub Qaz Dəhlizi” layihəsinin böyük hissəsini uğurla reallaşdırır. Təkcə “Şahdəniz” çərçivəsində 10 milyard dollardan artıq məbləğdə müqavilələr bağlanıb. Cənubi Qafqaz qaz kəmərinin (Bakı-Tbilisi-Ərzurum) buraxılış qabiliyyətinin artırılması prosesi gedir. TANAP qrafiki qabaqlamaqla tikilir.

Dövlət başçısının dediyi yeganə “süni maneə” Avropada yaranır. Paradoks ondadır ki, hər vəchlə Rusiya qazından asılılığı azaltmağa çalışan qitə ölkələri Avropa Transadriatik qaz kəmərinin reallaşdırılmasına problemlər yaradırlar. Avropanın Azərbaycanı qaz tədarük etməyə razı salması, “Şahdəniz” üzrə tərəfdaşların tədarük marşrutlarını seçməsi heç vaxt görülməmişdi. Aİ nümayəndələri, Avropa ölkələri, qaz kəmərləri layihələrinin iştirakçı şirkətləri Bakıda “qeydiyyata düşmüşdülər”. Hazırda TAP-ın bəzi iştirakçı ölkələri Rusiyanın bəyanatlarından ilhamlanaraq gözlənilmədən müəyyən şərtlər irəli sürməyə başladılar. Daha konkret desək, mənasız şantaja başladılar.

Lakin Avropa unudur ki, Azərbaycan enerji strategiyasını artıq uzun illərdir reallaşdırır. Bakı 100 faiz əmin olmadan və ya ehtiyat varianta malik olmadan heç vaxt hərəkət etmir.

Bunu Prezident İlham Əliyev də təsdiq etdi: “Əgər TAP layihəsində hər hansı bir problem yaranarsa, o zaman biz qazımızı daha çox Türkiyə bazarına ixrac edəcəyik. Hər halda, onu qeyd etməliyəm ki, bazarlarla bağlı bizim heç bir narahatlığımız yoxdur”.

Bu ondan xəbər verir ki, Avropanın Azərbaycana lazım olmasından daha çox Azərbaycan və onun qazı Avropaya lazımdır. “Şahdəniz”, Cənubi Qafqaz qaz kəməri və TANAP özünü təmin edən layihələrdir. Bu layihələr Azərbaycan qazını Türkiyəyə satmağa və onu Avropa ilə sərhədə çıxarmağa imkan verir. Brüsselin “Cənub Qaz Dəhlizi”ndən başqa şaxələndirmək üçün digər variantlarının olmaması çoxdan məlumdur. “Cənub Qaz Dəhlizi”nə Türkmənistan, İraq və İrandan qazın cəlb edilməsinin mümkünlüyü haqqında bəyanatlardan sonra onun əhəmiyyətini yenidən qiymətləndirməmək olmur. Bu zaman sual yaranır. Aİ niyə qaçılmazla oynayır?

Seymur Əliyev,Trend