“Qazpromda” iki mənbə “Reuters”ə bildirib ki, şirkət “Şimal Axını” qaz kəmərinin Böyük Britaniyaya qədər uzadılmasından imtina edib.
“İndi çətin siyasi vəziyyət yaranıb, bizi OPAL kəmərinə buraxmırlar. Niyə daha iki xətt çəkməliyik? Biz tikmirik”, – deyə mənbələrdən biri bildirib. “Şimal Axını” kəmərinin genişləndirilməsi və onun Böyük britaniyaya qədər uzadılması planlarımızda yoxdur”,- deyə ikinci mənbə təsdiqləyib.
2013-cü ildə “Qazprom” “Şimal Axını” kəmərinin genişləndirilməsi və onun Böyük Britaniyaya kimi iki xəttlə uzadılması planlarını elan etmişdi. İndi qaz ümumi gücü 55 milyard kub metr təşkil edən iki xəttlə Avropaya nəql edilir. Lakin Avropa qaz kəməri OPALa “Qazpromun” çıxışı olmadığı üçün kəmərin gücünün yanlız yarısından istifadə edilir.