Rusiya və Türkiyə Yunanıstan sərhədində LNG-terminal tikmək planlarını nəzərdən keçirirlər. Buraya qaz Rusiyanın “Cənub Axının”dan imtina etdikdən sonra Türkiyə istiqamətində çəkmək istədiyi yeni kəmərlə daxil olmalı və Türkiyəni yeni enerji mərkəzinə çevirməlidir.
Bu haqda məlumatı “Bloomberg” agentliyi bu gün Türkiyənin enerji naziri Taner Yıldıza istinadən yayıb.