Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri Taner Yıldız bildirib ki,Türkiyə Rusiya qazının qiymətini azaltmaq üçün Moskva ilə danışıqları davam etdirir. Bu bardə TRT Haber xəbər verib.
Yıldız qeyd edib ki,Rusiya tərəfinin Ankaraya təklif etdiyi qiymət hələ son deyil.
Nazir ümidvar olduğunu bildirib ki,gələn həftə tərəflər Rusiya qazının qiyməti barədə danışıqları davam etdirəcəylər.
Dünən isə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib ki,Türkiyə tələb edir ki,Rusiya endirimi artırsın.
Ankara ümid edir ki,Rusiya tərəfi Türkiyənin təbii qaza olan ehtiyaclarını nəzərə alaraq əlavə endirimlər edəcək.
*Rusiya Türkiyəyə təbii qazın əsas təchizatçısıdır. 2013-cü ildə Türkiyə 26.7 milyard kubmetr Rusiya qazı tədarük edilib. Cari ildə tədarük ediləcək təbii qazın həcmini 30 milyard kubmetrə qədər artırmağı planlaşdırılır.
2014-cü ilin 19 noyabrında Türkiyə və Əlcəzair 10 il müddətinə qaz tədarükü barədə müqavilə imzalayıblar.