2014-cü ilin iyununda Xəzər Boru Kəmər Konsorsiumunun (CPC) terminalı vasitsəilə ixrac edilən neftin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 9.8% artaraq 2,959 milyon ton təşkil edib.
2014-cü ilin yanvar-iyununda CPC terminalı vasitəsilə neft ixracı 19.029 milyon ton olub ki,bu da ötən ilki göstəricidən 20.2% çoxdur.
CPC – Qazaxıstanı Novorossik limanı ilə birləşdirən boru kəməridir.
CPC səhmdarları: Rusiya Federasiyasi – 31 faiz (“Transneft”- 24 faiz və “CPC Company – R” -7 faiz); Qazaxıstan Respublikası – 20,75% (KazMunayGaz- 19 faiz və Kazakhstan Pipeline Ventures LLC – 1,75 faiz); ChevronCaspian Pipeline Consortium Company – 15 faiz, LUKARCO BV – 12,5 faiz, Mobil Caspian CPC – 7,5 faiz, Rosneft-Shell Caspian Ventures Limited – 7,5 faiz, BG Overseas Holding Limited – 2 faiz, Eni İnternational NA N.V. – 2 faiz və Oryx Caspian Pipeline LLC – 1,75 faiz.