Bu barədə “SOCAR Turkey Enerji” şirkətinin rəhbəri Kənan Yavuz bildirib. “Bu günə qədər şirkət Türkiyədəki layihələrinə 3,5 mlrd. dollar investisiya qoyub. Bu ilin sonuna qədər isə daha 1 mlrd. dollardan çox investisiya yatırılması planlaşdırılır”, – deyə o qeyd edib.
O qeyd edib ki, Trans-Anadolu qaz kəməri (TANAP) nəzəri alınmaqla bütün sərmayələrin həcmi $20 milyarddır. Həyata keçrilən layihələr: STAR neft emalı zavodu, konteyner limanı (Petlim) və elektrik stansiyasıdır.
Kənan Yavuz həmçinin bildirib ki, 6 iyunda STAR neft emalı zavodunun maliyyələşdirilməsinə dair kommersiya bankları ilə kredit sazişi imzalanacaq. Onun sözlərinə görə, 2015-ci ilin avqust-sentyabrında şirkət konteyner limanını və 51 MVt gücündə külək elektrik stansiyasını istismara verməyə planlaşdırır.
Yavuz qeyd edib ki, “SOCAR Turkey Enerji” Trans-Anadolu qaz boru kəməri boyunca uzunluğu 1900 km olan fiber optik kabel xəttinin çəkilməsinə də icazə alıb.