Qazaxıstan

“KazTransOil” I rübdə neft nəqlini 6% azaldıb

kto“KazTransOil” şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, ilin birinci rübündə neftin nəqli 12 milyon 714 min ton təşkil edib ki, bu da 2013-cü ilin birinci rübünün göstəricisindən 6% azdır.

Eyni zamanda ümumiləşdirilmiş neft və neft məhsullarının ümumi nəqli həcmi 15 milyon 488 min ton olub ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricilərindən 8.6% azdır.

Cari ilin birinci rübündə” KazTransOil” şirkətinin gəliri 41 milyard 352 milyon tenqe təşkil edib ki, bu da 2013-cü ilin eyni dövrünün göstəricisndən 0.4% aşağı bir göstəricidir.

“KazTransOil” şirkətinin təmiz mənfəəti isə 2013-cü ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 9.6% azalaraq 15 milyard 139 milyon tenqe olub.

“KazTransOil” – Qazaxıstanın magistral neft kəmərlərinin operatorudur. Şirkət 5 min km uzunluğunda neft kəmərlərini idarə edir.