Türkmənistan Xəzərin dayaz sulu hissəsində kəşfiyyatı gücləndirir

caspian_sea_14

Türkmənistanın neft-qaz və mineral ehtiyatlar nazirliyindən verilən məlumata görə,”Türkmənnebit” dövlət konserni Xəzərin türkmən sektorunu mənimsəyir.

Nazirliyin məlumatında bildirilir ki,Şimali Qoturtəpə sahəsinin 203, 205, 206 və 208 nömrəli kəşfiyyat quyularında qazma işləri aparılıb və quyular orta hesabla gündə 50-60 ton neft verir.

Əvvələr xəbər verildiyi kimi Xəzərin türkmən şelfində 12 milyard ton neft və 6.5 milyard kub metr qaz ehtiyatlarının olduğu ehtimal edilir. Bəzi müqavilə sahələri beynəlxalq tenderə çıxarılıb.

Hazırda dövlət konserni müxtəlif inkişaf mərhələrində olan 600 dən çox neft,neft-qaz və qaz yatağını istismar edir.

Оставьте первый комментарий

Оставить комментарий

Ваш электронный адрес не будет опубликован.


*