2012-2015-ci illərdə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Kulevi terminalı nəzdində maye neft qazının (LPG) qəbulu və daşınması terminalı vasitəsilə 48,53 min ton maye qaz daşınıb. Bu barədə cəmiyyətin məlumatında deyilir.
“İstifadəyə verildiyi 2012-ci ildən etibarən LPG-terminal vasitəsilə 37,541 min ton propilen və 10,989 min ton butilen-butadiyen fraksiyası daşınıb”, – deyə məlumatda vurğulanır.
Qeyd olunur ki, yaxın gələcəkdə Kulevi terminalı özünün LPG-terminalı vasitəsilə maye qazın daşınma həcmjini artırmağı planlaşdırır.
Xəbər verildiyi kimi, SOCAR 2007-ci ilin yanvar ayında Kulevidə neft terminalı alıb. Onun tikintisi və modernləşməsinə $350 mln.-dan artıq məbləğdə investisiya yatırılıb. Ötürmə gücü illik 10 mln. ton neft və neft məhsulları təşkil edən terminal vasitəsilə bu məhsulların Azərbaycandan dünya bazarlarına nəqli həyata keçirilir.