Türkmənistanda Çinə qaz ixracını artıracaq ikinci emal zavodunun açılışı olacaq
Türkmənistanın Dövlət İnformasiya agentliyi xəbər verir ki, mayın 7-də gücü 9 milyard kub metr olan ikinci qaz emalı zavodunun açılışı olacaq.
Xəbərə görə,yeni zavodun istismata verilməsi Türkmənistan-Çin boru kəməri ilə Çinə nəql edilən qazın həcmini artırmağa imkan verəcək.
Türkmənistan baş naziri müavini Hocamühammedovun sözlərinə görə,8 mayda Mərv vilayətində başqa bir sərmayə layihəsinə start veriləcək. “Qalkanış” yatağında ildə 30 milyard kub metr əmtəəlik qaz istehsal edəcək ikinci zavodun inşası başlayacaq.
Türkmənistan prezidenti “2030-cu ilə qədər ölkənin neft və qaz sənayesinin inkişafı” proqramının icrası üzərində nəzarətin gücləndirilməsini tələb edib.