28 fevral 2017-ci il tarixinə Azərbaycanda pul bazasının həcmi 6 mlrd. 987 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
31 dekabr 2016-cı il tarixinə pul bazasının həcmi 7 mlrd. 860,5 mln. manat təşkil edib. Beləliklə, 2017-ci ilin yanvar-fevral aylarında pul bazası 11,1% azalıb.
Beləliklə, fevral ayında pul bazası 4,7% və ya 344,7 mln. manat azalıb.