Prezident İlham Əliyev fevralın 6-da Brüsseldə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçlə görüşdə ölkənin enerji infrastrukturunun modernləşdirilməsində Avropa İttifaqının (Aİ) iştirakında maraqlı olduğunu deyib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev Azərbaycanda enerji infrastrukturunun daha da modernləşdirilməsi, bərpaolunan enerji istehsalı ilə bağlı məlumat verib, bu sahədə Avropa İttifaqı ilə əməkdaşlığın məqsədəuyğunluğunu qeyd edib.
Görüşdə Azərbaycan ilə Aİ arasında müxtəlif sahələrdə, o cümlədən enerji, təhlükəsizlik, ətraf mühit, nəqliyyat və digər sahələrdə səmərəli əməkdaşlığın aparıldığı, əlaqələrimizin yüksək səviyyədə olduğu qeyd edilib.
Görüşdə bank sahəsində əməkdaşlıqdan söhbət açılıb, bu əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb.
M.Şevçoviç qeyd edib ki, Azərbaycan prezidentinin bu səfəri və Avropa İttifaqı ilə əlaqələr Azərbaycan ilə Aİ arasında yeni sazişin hazırlanması, imzalanması və həyata keçirilməsi işində böyük əhəmiyyət daşıyacaq.
Interfax.az