Amerikanın Şevron şirkəti 2016-cı ilin birinci rübündə bir il əvvəlki $2,57 milyard gəlirə qarşı $725 milyon zərər əldə edib. Bu barədə şirkətin hesabatında bildirilir.
Hesabat dövründə şirkətin gəliri 31,8% azalıb – keçən ilin analoji dövrü ilə müqayisədə $23,55 milyard.
2016-cı ilin birinci rübündə karbohidrogen hasilatı 2015-ci il səviyyəsində qalıb və gündə 2.67 milyon barel təşkil edib.
Şevron ardıcıl olaraq iki rübdür zərər əldə edir. IV rübdə şirkət bir il əvvəlki $ 3.47 milyard mənfəətə qarşı $ 588 milyon zərər barədə məlumat vermişdi.