Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin yanvar-iyul aylarında 4 mln. 840,1 min ton neft hasil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 1,4% azdır. Bu barədə SOCAR-ın saytında məlumat yayılıb.
Cari ilin iyul ayında SOCAR 702,5 min ton neft hasil edib.
Xəbər verildiyi kimi, 2014-cü ildə Azərbaycanda neft hasilatının ümumi həcmi 41,9 mln. ton təşkil edib ki, bunun da 8 mln. 402,5 min tonu (o cümlədən törəmə şirkətlərindəki payları nəzərə alınmaqla – Caspian Barrel) SOCAR-ın payına düşüb.
Daha əvvəl SOCAR-ın neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanova istinadən bildirilmişdi ki, 2015-ci il üçün şirkətin neft hasilatı 8,3 mln. ton həcmində proqnozlaşdırılır.