Lukoil ən azı 10 il ərzində Xəzər dənizindəki yataqları üçün mineral hasilat vergisinə (MHV) tətbiq edilən güzəştləri saxlamağı təklif edib. Bu barəd şirkət prezidenti Vahid Ələkbərov bildirib.
“Mən ilk növbədə neft qiymətinin azalmasına həssas olan layihələr haqqında danışıram. Bunlara Xəzər dənizi akvatoriyasında qismən və tam yerləşmiş yataqlar daxildir. Bunlara ən azı 10 il ərzində MHV rejimində güzəştlər tətbiq edilməlidir”,- deyə Ələkbərov bildirib.