2015-ci ilin payız-qış mövsümü üçün SOCAR “Qaradağ” və “Qalmaz” qaz anbarlarına təbii qazın vurulması prosesini davam etdirir. Bu il aprelin 15-dən başlanan proses mövcud qrafikə uyğun olaraq noyabr ayında başa çatdırılacaq.
SOCAR-ın mətbuat xidmətinin yayadığı məlumata görə, cari il mayın 20-dək anbarlara ümumilikdə 338 milyon 754 min kubmetr qaz vurulub ki, bunun da 186 milyon 205 min kubmetri “Qalmaz”, 152 milyon 549 min kubmetri isə “Qaradağ” qaz anbarlarının payına düşüb.
Mövsümün sonuna kimi qaz anbarlarına ümumilikdə 2,5 milyard kubmetr qazın vurulması proqnozlaşdırılır.
Caspian Barrel xatırladır ki, ötən il ümumilikdə yeraltı qaz anbarlarında təqribən 3,5 milyard kub metrədək qaz yığılmışdı. Bu il isə ondan təqribən 200 milyon kubmetr çox qaz ehtiyatını yığılması planlaşdırılır.