Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Astara rayonunun Telman kəndinə təbii qaz verilişi mərasimində iştirak edib.
APA-nın məlumatına görə, SOCAR prezidenti Rövnəq Abdullayev və Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxışlarında ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikada aparılan abadlıq və quruculuq işlərindən danışıblar. R. Abdullayev deyib ki, bu il Astaranın daha 3 kəndinə təbii qazın verilişi təmin ediləcək.