2014-cü ildə Petkim neft-kimya holdinqinin satışlardan əldə etdiyi gəlir 4.3 milyard türk lirəsi təşkil edib. Bu barədə Türkiyənin “Haber” online nəşri Petkim şirkətinin direktoru Sadəttin Qorquda istinadən bildirib.
Qorqudun sözlərinə görə,hesabat dövründə Petkim şirkətinin əməliyyat gəlirləri 111.4 milyon TL,valyuta gəliri isə 94 milyon TL təşkil edib.
Şirkətin aktivləri 2014-cü ildə 3.25 milyard TL-dən 3.79 milyard TL-ə qədər artıb. 2014-cü ilin nəticələrinə görə,şirkətin xalis gəliri 8.7 milyon TL olub.
Qeyd olunun dövrdə şirkətin məhsullarının ixrac həcmi $563,5 mln.-a bərabər olub. S.Korkutun sözlərinə görə, 2015-ci ilin iyul ayında şirkət İzmirdə yeni konteyner limanının tikintisini başa çatdırmağı və 2015-ci ilin oktyabr ayında onu işə salmağı planlaşdırır.
Bununla yanaşı, “Petkim” elektrik enerjisinə tələbatını ödəmək üçün bir il ərzində Petkim yarımadasında külək elektrik stansiyasının tikintisini başa çatdırmağı planlaşdırır.
Xəbər verildiyi kimi, SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) Türkiyənin “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (61,32%) sahibidir.