TASS agentliyi Rusiya maliyyə nazirliyinin eksperti Aleksandr Sakoviçə istinadən bildirib ki,2015-ci ilin yanvar-fevralında Urals markalı neftin orta qiyməti keçən ilin analoji dövrü ilə müqayisədə 2 dəfə azalaraq $51,81 dollara düşüb.
2014-cü ilin yanvar-fevralında Urals markalı neftin orta qiyməti bir barel üçün $106,90 olmuşdu.
Urals markalı bir barel neftin orta qiyməti fevralda $57,3 olub ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 1.9 dəfə azdır.
İqtisadi İnkişaf Nazirliyinin son proqnozu 2015-ci ildə neftin orta qiymətinin $50 olacağına hesablanıb. 2015-ci il üçün Maliyyə Nazirliyinin proqnozu isə bir barel üçün $60-dır.Mərkəzi Bankın əsas ssenarisində isə neftin bir barelinin orta qiymətini $84 nəzərdə tutur.