Qazaxıstanın energetika naziri Vladimir Şkolnik bildirib ki,”Tengiz” yatağında neft hasilatının genişləndirilməsi layihəsi üzrə yekun qərarı 2015-ci ilin sonuna qədər qəbul ediləcək.
“Bu layihə çərçivəsində quyulardan məhsulun toplanması üçün yeni sistemin,yüksək təzyiqli obyektlərin,infrastrukturun və köməkçi obyektlərin inşası nəzərdə tutulur. Layihəyə gücü 12 milyon ton olan yeni neft emalı zavodunun və 9.4 milyard kub metr qazın quyulara vurulması obyektlərinin inşası daxildir”.-deyə o bildirib.
Onun sözlərinə görə,layihənin həyata keçrilməsi neft hasilatını indiki 26.5 milyon tondan 38.6 milyon tona qədər artırmağa imkan verəcək.
Bununla belə,layihənin genişləndirilməsi dəyəri $14 milyard, təzyiqin idarə edilməis qurğuları – $22,4 milyard,qazmaya çəkilən xərclər isə $1,9 milyard dollar təşkil edəcək.