“Qara qızıl” bu gün səhərdən dünya birjalarında yenidən ucuzlaşmağa başlayıb. London birjasında Caspian Barrel-in “Bloomberg” agentliyinə istinadən yayadığı məlumata görə, Brent markalı neftin bir barelinin qiyməti 1,64% ucuzlaşaraq 49,29 dollara qədər enib.
Qeyd edək ki, “qara qızıl” yeddinci aydır ki, durmadan enişdədir. “Goldman Sachs”-ın analitikləri hesab edirlər ki, neftin qiymətləri hələ bundan sonra da ucuzlaşmaqda davam edəcək. Və qiymətlərin aşağı səviyyədə qalması o qədər davam edəcək ki, şist neft hasilatına bu qiymət çərçivəsində investisiyaların yatırılması dayandırılsın və bazar özü qiymətlərin tənzimlənməsini həyata keçirsin. Ona görə də hesab edirlər ki, hazırkı şəraitdə bazara hər hansı müdaxilələrlə onu qiymət stabilləşdirilməsinə məcbur etmək düzgün deyil.