Rusiya Maliyyə Nazirliyinin eksperti Aleksandr Savkoviç RİA Novosti agentliyinə bildirib ki,Rusiyanın əsas ixrac neft məhsulu olan Uralsın dəyəri 2014-cü ilin 11 ayında 100.91 dollar səviyyəsində olub. Beləliklə,illik göstərici 6.3% azalıb.
Noyabrda,Urals neftinin orta qiyməti bir il əvvəlki 107.32 dollara qarşı 78.33 dollar təşkil edib (azalma 27%).
2013-cü ildə Urals neftinin orta qiyməti 107.88 dollar olmuşdu.
Apreldə İqtisadi inkişaf Nazirliyi 2014-cü ildə Urals neftinin orta qiyməti üçün proqnozu 101 dollardan 104 dollara qədər artırmışdı. Xəbər verilir ki,bu həftə nazirlik proqnozları nəzərdən keçirəcək.