İranın Mehr Neüs agentliyinin xəbərinə görə, İranın neft naziri Bijan Namdar Zanqane bəyan edib ki,İran neft hasilatını azaltmaq niyyətində deyil.
İranlı nazir bu bəyanatı OPEK üzvü ölklərinin görüşü qabağı bildirib və əlavə edib ki,kartelə daxil olan ölkələr “Üç il bundan əvvəl razılaşdırılmış kvotaya əməl etməlidirlər”.
Üç il bundan əvvəl OPEK sutkada 30 milyon barel neft hasilatı kvotasının müəyyən edib, lakin təcrübədə, istehsal həcmi kartel üzvləri tərəfindən müntəzəm surətdə pozulub.
Cümə axşamı,noyabrın 27-də Vyanada OPEK üzvlərinin iclası keçriləcək. Səudiyyə Ərəbistanı OPEK-in de-fakto lideri sayılır və onun mövqeyi qərar qəbuletmə prosesində həlledici ola bilər.