Bu gün Qazaxıstanda yeni yaradılan energetika nazirliyinin rəhbərliyində təmsil olunacaq şəxslərin kimliyi məlum olub.
Dövlət başçısı Nursultan Nazarbayev hökumətin genişləndirilmiş iclasında bildirib ki, nazirliyə rəhbərliyi Vladimir Şkolnik edəcək. Xatırladaq ki, indiyə qədər Şkolnik Qazaxıstanın Milli Şirkəti “Kazatomprom”a rəhbərlik edirdi.
Energetika nazirinin birinci müavini vəzifəsinə isə Nazarbayev Uzakbay Karabalini təyin edib. O, hazırda ölkənin neft və qaz naziri postunu tuturdu.
“Kazatomprom”a rəhbərlik isə Nurlan Gapparova həvalə olunub, hansı ki, ıtraf mühit naziri vəzifəsində çalışır.