1900-cu ilin yekunlarına görə, Azərbaycanda 9 mln. 836 min ton neft hasil olunub. Bu, Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi saytında öz əksini tapıb. Neft tariximizi əks etdirən digər məlumatlara görə isə, həmin il Azərbaycanda hasilat dünya neft hasilatının yarısına bərabər olub.
Demək, bu fotoda əks olunan rəqəmdəki faizlə götürsək, Rusiya İmperiyasının digər bölgələrində, Bakı və Abşeronu çıxmaqla, payı cəmi 1,6% təşkil edib.
Caspian Barrel BP Statistical Review of World Energy məcmuəsindəki məlumatlara əsaslanıb bildirir ki, 2013-cü ilin yekunlarına görə Azərbaycanın dünya neft hasilatındakı payı 1,17% təşkil edib. Son illər Azərbaycanın dünya neft bazarından xüsusi çəkisi məhz bu göstərici ətrafında cərəyan edib.