BP şirkətinin dünya enejisi üzrə hesabatında bildirilir ki,Özbəkistanın sübüt edilmiş neft ehtiyatları 100 milyon ton (0.6 milyon barel),qaz ehtiyatları isə 1.1 trilyon kub metr səviyyəsindədir ki,bu da 2012-ci ilin göstəricilərinə uygun gəlir.
BP ekspertləri əmindir ki, Özbəkistanda 2013-cü ildə neft hasilatı 7.1% azalaraq 2.9 milyon ton təşkil edib.Şirkət qeyd edir ki,Özbəkistan orta hesabla gündə 63 min barel neft hasil edib. Ölkədə neft istehlakı ötən il ilə müqayisədə 2.1% artaraq 3.3 milyon ton təşkil edib. Orta gündəlik neft istehlakı ölkə daxilində 2013-cü ildə 70 min barel təşkil edib.
BP-nin hesablamalatına görə, Özbəkistan 2013-cü ildə 55.2 milyard kub metr qaz hasil edib ki,bu da 2012-ci ilin göstəricisindən 2.8% azdır. 2013-cü ildə ölkədə qaz istehlakı 3.3% azalaraq 45.2 milyard kub metr təşkil edib.