“North Caspian Operating Company” şirkətinin mətbuat xidməti bildib ki, Şimali Xəzər Konsorsiumu iştirakçıları Qazaxıstan höküməti ilə Kaşağan layihəsinin gələcək inkişafı barədə anlaşma memarondumu imzalanıb.
Press-relizə görə, dövlət və NCOC arasında layihənin inkişafının təşviq edilməsi üçün əməkdaşlıq və müzakirələr memarondum çərçivəsində gələcək aylarda davam edəcək.
Kaşağan layihəsi iştirakçıları aşağıdakı şirkətlərdir: KMG Kashagan BV, AGIP Xəzər dənizi BV, CNPC Qazaxıstan BV, Exxon Mobil Qazaxıstan Inc, INPEX North Caspian Sea Ltd, Shell Kazakhstan Development BV, Total E & P Qazaxıstan.
NCOC Şimali Xəzər üzrə Hasilatın Pay Bölgüsü sazişinə uyğun olaraq Şimali Xəzər Konsorsiumu adından fəaliyyət göstərir.
Kaşağanda istehsal 2013-cü ilin senybrında başlamışdı, ancaq oktyabrda boruların birində qaz sızması aşkarlanandan sonra hasilat dayandırıldı.
Layihədə “Kazmunayqaz” və İtaliyanın Eni, ABŞ-ın ExxonMobil, inglis-niderland Royal Dutch Shell, Fransanın Total və Yaponiyanın İnpex iştirak edir. Bundan əlavə layihənin 8.33%-ni Çinin CNPC şirkəti KMG-dən alıb.