SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) N.Nərimanov adına NQÇİ-nin 3 saylı neft yığım məntəqəsində yeni neft çənini 2014-cü ilin sonuna istismara verməyi planlaşdırır. Bu barədə şirkətin məlumatında deyilir.
“Obyekt 2014-cü ilin sonuna istismara veriləcək”, – deyə məlumatda qeyd olunur.
Çənin tikintisi üzrə işlər “Neftqaztikinti” tresti tərəfindən həyata keçirilir.
“Məqsəd dənizdəki neft quyularından çıxarılan neftin çənlərə yığılması və təyinatı üzrə paylanmasıdır”, – deyə məlumatda vurğulanır.
N.Nərimanov adına NQÇİ “Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə adası”, “8 Mart”, “Ələt-dəniz” və “Bulla-dəniz” yataqlarını işləyir.