“Kommersant” qəzeti “Asharq Al-Awsat” qəzetinin informasiyasına istinadən yazır ki, Səudiyyə Ərəbistanı hakimiyyəti neft qiymətlərinin artmasından formalaşan büdcə profositinin üçdə biri əsasında milli ehtiyat fondu yaratmağı planlaşdırır.
Təkcə 2013-cü ildə dövlət büdcəsinə daxilolmalar xərclər hissəsini $55 milyard ötmüş,2011-13-cü illərdə isə profosit $232 milyard səviyyəsində qiymətləndirilir.
Fondun işinin əsas parametrlərini kral yanındakı məsləhət şurası gələn həftə müzakirə edəcək. Bu günə qədər neft ixracından əldə edilən gəlirlər sərmayə layihələrindən başqa ölkənin beynəlxalq ehtiyatlarının artırılmasına yönəldilirdi. Ölkənin mərkəzi bankı olan Saudi Arabia Monetary Agency $730 milyard vəsaiti idarə edir ki,onların çoxu ABŞ-ın az riskli sərmayə kağızlarına sərmayə edilir.
Ərəb körfəzi ölkələri arasında ən böyük dövlət sərmayə fondu Abu-Dabi fondudur. “Sovereign Wealth Fund Institute” hesablamalarına görə, fondun aktivləri $773 milyard təşkil edir. Birja əməliyyatlarından başqa fond əmlakada sərmayə yatırır və xarici şirkətlərdə pay alır.