2001-ci ildən 2013-cü ilədək olan dövrdə Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 101 milyard dollardan artıq vəsait daxil olub. Bu barədə ARDNF-nin ötənilki fəaliyyətinə həsr olunmuş hesabatda deyilir.
Ötən 13 il ərzində fonda daxilolmaların təxminən üçdə ikisi (64 faiz və ya 64,23 milyard dollar) investisiya qoyuluşlarına yönəldilib. ARDNF-yə daxil olmuş resurslardan qalan 36 faiz (35,88 milyard dollar) fondun yığım hissəsinə yönəldilib.
2013-cü ildə fonda daxilolmaların həcmi 17,33 milyard dollar olub ki, bu da 2012-ci ildəki göstəricidən aşağıdır (17,41 milyard).
Hesabatda deyilir: “Azalma Neft Fondunun xərclərinin artan həcmi ilə əlaqədardır”. Yığıma ötənilki daxilolmaların 9,5 faizi göndərilib.
ARDNF 1999-cu ilin dekabrındadə yaradılıb, ancaq praktik fəaliyyətə 2001-ci ilin iyununda başlayıb və həmin vaxt onun aktivləri 271 milyon dollar təşkil edib.