Ötən il Azərbaycanın neft yataqlarından 15065 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 13,2% çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə ölkədə 13307 mln. kubmetr səmt qazı hasil edilib. Hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 4 477 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 31,2% çoxdur. Belə ki, 2020-ci ildə bu göstərici 3 412,6 mln. kubmetrə bərabər olub.
Caspian Barrel