İranın neft nazirinin müavini Əli Majedi bildirib ki, cari ildə İran İraqa təbii qaz tədarükünə başlayacaq.
Majedi bildirib ki, İran qazının İraqa ixracı üzrə müqavilə tamamlanmaq üzrədir. “İran-İraq ixrac boru kəməri hazırda tikilməkdədir. Danışıqlardakı irəliyəşi nəzərə alsaq bu il İraq qaz ixraxı başlayacaq”, – deyə o qeyd edib.
İran və İraq arasında imzlanmış müqaviləyə əsasən İrandan idxal ediləcək qaz Bəsrə vilayətindəki elektrik stansiyalarına nəql ediləcək.