İran hökümətinin yanacaq qiymətlərinə dövlət subsidiyasını ləğv etməsindən sonra,ölkədə benzinin qiyməti 75% bahalaşıb.
Yanacaqdoldurma stansiyalarında böyük növbələr meydan gəlib, ancaq hökümətin qərarı ciddi iğtişaşlara səbəb olmayıb.
Baxmayaraq ki,subsidiyaların ləğvindən sonra İranda benzinin qiyməti dünyada yenə ən ucuzlardan biri olaraq qalır,bu qərar cəmiyyətin yoxsul təbəqəsinə ciddi zərbə vura bilər. Iranda yoxsul və işsiz vətandaşların sayı 25% təşkil edir.
Benzinin qiymətinin dəyişməsi prezident Həsən Ruhani üçün ciddi imtahan olacaq.