logo

ABŞ-da şist neftin maya dəyəri bir barel üçün $57-a düşüb

Views: 87

slanIHS beynəlxalq araşdırma şirkətinin tədqiqatlarına görə, Şimali Amerikada şist neft hasilatı ilə məşğul olan şirkətlər bir barel neft üçün neftin maya dəyəri $57 səviyyəsinə qədər azalıb. Bir il bundan əvvəl şirkətlər üçün bu göstərici bir barel üçün $70 ətrafında idi.
Bununla bağlı, “Financial Times” qəzeti yazır ki, neftin qiymətinin ucuzlaşması üzündən ABŞ-ın şist neft yataqlarında hasilatın rentabelsiz olacağı proqnozu özünü doğrultmur. Amerika şirkətləri daim istehsal xərclərini azaldılması üzərində çalışır və artıq bu sahədə əhəmiyyətli irəliləyiş əldə ediblər.
“Accenture” konsaltinq şirkətinin direktoru Melissa Stark qeyd edir ki, bu sahənin xərclərini daha da azaltmaq potensialı var. Onun sözlərinə görə, texnologiyaların inkişafı, planlaşdırmanın və logistikanın yaxşılaşdırılması, eləcə də tədarükçülər ilə münasibətlərin optimallaşdırılması yolu ilə bir quyuya çəkilən xərcləri 40% azaltmaq olar.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart