Qazaxıstan Statistika agentliyinin verdiyi məlumata görə, 2014-cü ilin yanvar-aprelində qaz kondensatı daxil olmaqla 26.934 milyon ton neft hasil edilib ki, bu da 2013-cü ilin analoji dövrü ilə müqayisədə 1% azdır.
Statistika agentliyinin məlumatına görə, xam neft hasilatı 22.713 milyon ton, kondensat isə 4.222 milyon ton olub.
Bundan əlavə hesabat dövründə Qazaxıstanda 14.350 milyard kub metr qaz hasil edilib. Bu qaz həcmindən 7.142 milyard kub metri təbii qaz,7.218 milyard kub metri isə səmt qazı təşkil edib.