Türkmənistan Xəzərdə neft hasilatını artırmaq niyyətindədir

Caspian_Sea_311012

Türkmənistanın neft və qaz nazirliyi xəbər yayıb ki,”Türkmənnneft” dövlət konserni Xəzər dənizinin Türkmənistan sektorunun işlənməsi planlarının həyata keçrilməsinə başlayır.

Hesabatda bu istiqamətdə görülən işlər çərçivəsində Xəzər dənizinin dayazsulu hissəində yerləşən “Şimali Qoturtəpə” yatağının işlənməsi göstərilib.

“Türkmənneft” “Şimali Qoturtəpə” yatağının öyrənilməsini 2010-cu ildən aparır.

Burada son texnologiyalardan istifadə edilib – mailli istiqamətdə istisamar quyuları qazılıb.

2015-ci ildə dəniz quyularının bərpası nəticəsində dörd min dərinlikdə neft layı aşkar edilib.

Bu yaxınlarda Türkmənistan Çin istehsalı olan  ZJ-70 DB qazma qurğuları alıb. Bu qurğular vasitsəilə yeddi min metrə qədər qazmağa imkan verəcək.