2020-ci ilin aprel ayında Azərbaycanda elektrik enerjisinin istehsalı 1923,6 mln. kVt/saat, ixracı 17,5 mln.kVt/saat, idxalı 17,7 mln. kVt/saat təşkil edib.
Energetika nazirliyinin məlumatına görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə aprel ayında elektrik enerjisinin istehsalı 112,2 mln kVt/saat, ixracı 86,4 mln. kVt/saat azalıb, idxal isə 6,5 mln kVt/saat artıb.
Cari ilin yanvar-aprel aylarında isə Azərbycanda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 68,2 mln. kVt/saat artaraq 8896,7 mln. kVt/saat olub.
Hesabat dövründə ötən ilin 4 ayına nisbətən elektrik enerjisinin istehsalı istilik-elektrik stansiyalarında (İES) 189,2 mln. kVt/saat artaraq 8435,2 mln. kVt/saat, su elektrik stansiyalarında (SES) 120,2 mln. kVt/saat azalaraq 341,8 mln. kVt/saat, digər mənbələr (külək elektrik stansiyaları, günəş elektrik stansiyaları və digər) üzrə isə 0,8 mln. kVt/saat azalaraq 119,7 mln. kVt/saat olub.
Külək Elektrik Stansiyalarında 34,5 mln kVt/saat, Günəş Elektrik Stansiyalarında 13,4 mln kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 71,8 mln kVt/saat elektrik enerjisi istehsal edilib.
2020-ci ilin 4 ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 7985,8 mln. kVts (İES-lərdə 7689,9 mln. kVt/saat, SES-lərdə 295,9 mln.kVt/saat), Naxçıvan Muxtar Respubliksı Dövlət Energetika Xidməti üzrə 114,1 mln. kVt/saat (İES-lərdə 62,7 mln. kVt/saat, SES-lərdə 39,9 mln. kVt/saat, günəş elektrik stansiylarında 11,5 mln. kVt/saat), Müstəqil Elektrik Stansiyaları üzrə 796,8 mln. kVt/saat təşkil edib.