|
Department/ Departament |
Təmir
|
|
Vəzifənin məqsədi / Job purpose |
ü Planlaşdırılmış əsaslı təmir və zavodun istismarı zamanı təmir işləri üçün sifariş edilməsi planlaşdırılan materialların siyahısının tərtib edilməsi, təqdim edilmiş siyahıların yoxlanılmasi və lazımı düzəlişlərin edilməsini təmin etmək. ü Material və serviz sifarişlərinin SAP PM modulu üzərindən yaradılması. ü Təmirə hazırlıq, təmir və zavodun istismarı zamanı təcili lazım olacaq materialların araşdırılması və lazımı sənədlərin hazırlanması ü Maddi Texniki Vəsaitlərin (MTV) və Budcənin hazırlanması işləri üçün lazımı sənədlərin hazırlanması.. ü MRP sisteminin yaradılmasında iştirak etmək. ü Təmir zamanı kənar təşkilatın işçiləri və texniki vəsaitləri üçün buraxılış icazələrinin alınması. |
|
İş yeri / Location/ |
Baku, Azerbaijan |
|
Vəzifə öhdəlikləri/ Job responsibilities |
|
|
ü SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi. ü Planlaşdırılmış əsaslı təmir işləri üçün təqdim edilmiş maretial siyahısının yoxlanılması, çatışmayan texniki məlumatların toplanılması, siyahının yenilənməsi və sifarişlərin yaradılması üçün lazım olan sənədlərin toplanılması. ü Planlaşdırılmış əsaslı təmir işləri üçün təqdim edilmiş maretial siyahısında olan mal-materialların anbarda mövcudluğunun yoxlanılması və siyahıda material statuslarının yenilənməsi. ü İş addımlarına uyğun olaraq sahə komandası ilə birlikdə tələb olunan mal – material siyahısını yoxlamaq ,uyğun formata salınması işlərini yerinə yetirmək ü Planlaşdırılmış əsaslı təmir və zavodun istismarı zamanı podratçı tərəfindən görüləcək olan servis işlərinə yaradılacaq sifarişlərin və lazımı texniki məlumatların toplanılması . ü Planlaşdırılmış əsaslı təmir üçün sifariş edilmiş ehtiyat hissələrini, mal-material ve servis xidmətlərinin gedişatının izlənilməsi formunun yenilənməsi. ü Planlaşdırılmış əsaslı təmir zamanı və sonrası mal- materialların silinməsi prosesi üçün lazım olan sənədlərin hazırlanması. ü Sifarişlərin izlənməsi prosesini təmin etməli hesabatı daimi olaraq yeniləməli. ü Anbar qaliqları ilə əlaqədar yoxlamalar aparmalı və izləmə hesabatının hazırlanması ü Anbarda mal materialların saxlanılması şəraiti ilə əlaqədar mütamadi yoxlamalar aparmaq ve uyğunsuzluqlar barəsində hesabatlar hazırlayıb təqdim etmək. ü Yaradılmış olan sifarişlrıin, TBE-lərin və departamentin digər rəsmi sənədlərinin təsdiqlənməsi mərhələsi üçün imzaların toplanması prosesini yerinə yetirmək. ü Anbar yoxlaması (inventarizasiyası) zamanı istirak etmək. ü Sahələrdən gələn Maddi Texniki Vəsaitlərin (MTV) siyahılarının incələnməsi və ümumi formata salınması ü Maddi Texniki Vəsaitlərin (MTV) işləri üçün proqnoz budcələrin hazırlanması üçün lazım olan sənədlərin toplanması. ü Mal- materialların uyğunluğunu təsdiqləmək üçün anbarların yoxlanılması prosesini yerinə yetirmək. Uygun olmayan və ləğv edilən mal- material üçün araşdırmalar aparıb rəhbərliyə hesabat hazırlamaq ü MRP sisteminidə (min – max sistemi) təsdiqlənmiş siyahıya uyğun olaraq mal-material,ehtiyat hissələrinin yenilənməsini və dəyişiliklərin edilməsi prosesini yerinə yetirmək, ü Planlaşdırılmış əsaslı təmir və zavodun istismarı zamanı kənar təşkilatların nümayəndələrinin və texniki vəsaitlərinin (avadanlıqlarının, texnikalarının , konteynerlərinin və s) zavod ərazisinə büraxılışlarının təmin edilməsi işlərini yerinə yetirməli. ü Planlaşdırılmış əsaslı təmir və zavodun istismarı ilə əlaqədar olan sifarişlərin bütün sənədlərinin toplanılması və qovluq şəkilində saxlanmasını təşkil etməli. ü Verilən iş tapşırıqlarını səmərəli , qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daima özünü təkmilləşdirmək, təlimlərdə fəallıq göstərmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinə uyğun olaraq xətasız görmək. ü İşlə əlaqədar birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqları vaxtında və zavodun təhlükəsizlik qaydalarına uyğun şəkildə icra etməli. ü Yanğın, təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək. ü İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zəruriyyət yarandığı halda qarşılıqlı razılaşma əsasında iş vaxtından əlavə işləmək. ü İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan, birlikdə planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək. ü Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq. |
|
|
Birbaşa tabeliyində olan / Direct reports |
|
|
Təmirə dayanma işləri üzrə menecer
|
|
|
Əlaqəli tərəflər (daxili və xarici)/ Main interfaces (internal and external) |
|
|
|
|
|
Kvalifikasiya tələbləri / Qualification requirements |
|
|
|
|
|
Təcrübə tələbləri / Experience requirements |
|
|
Sənaye sahəsində mexaniki təmirin planlaşdırılması və materialların planlaşdırılması sahəsində 3 il iş təcrübəsi olmalı,
|
|
|
Digər xüsusi tələblər / Any other specific requirements |
|
|
ü Avadanlıqların pasportlarının, texniki məlumatlarının incələnməsi və lazımı məlumatların toplanması işləri üzrə bilik və bacarığının olması, ü Müxtəlif növ mexaniki avadanlıqların təmiri və təftişi haqqında məlumatı olmalı, ü Mexaniki hissələri tanıya bilmə bacarığının olması. ü SAP sistemində PM və MM modulları haqqında məlumatı olmalı. ü Problemləri həll etmə bacarığı olmalı, ü Mexaniki cizgiləri oxuma bacarığı, ü İdarəetmə bacarığı, ü Ünsiyyət bacarığı, ü Komanda ilə işləmə bacarığı, Kompüter bilikləri: ü Vacibdir: MS Office proqramları, PoverPoint, Adobe Acrobat reader, SAP PM və MM modulu ü Arzu olunur: Dil bilikləri: ü Vacibdir: Azərbaycan ü Arzu olunur: İngilis, Rus
|
|
|
İş şəraiti / Working conditions |
|
|
İdarə bina (ofis) və sahə
|
|
Contact e-mail: [email protected]





