|
VƏZİFƏLƏR |
|
· Struktura daxil olan bölmənin işinin təşkili və idarə olunması; · Neft və neft məhsulları, reagentlər, müəyyən ediləcək keyfiyyət göstəriciləri, analiz və sınaq metodlarının texnoloji qurğuların reqlamentlərinə və normativ texniki sənədlərin tələblərinə uyğun sistemləşdirilməsi; · Təşkilata daxil olan xammal və materialların normativ və texniki sənədlərin tələblərinə uyğun keyfiyyətə nəzarətin təşkili və idarə olunması; · Təşkilata daxil olan keyfiyyətsiz xammal, reagent, katalizatorlarla bağlı məhkəmə iddialarının qaldırılması üçün aktların və digər sənədlərin hazırlanmasını təmin etmək; · Texnoloji sahələrdə xammal və məhsulların dövri keyfiyyət yoxlamalarının normativ texniki sənədlərin tələblərinə uyğun şəkildə təşkil və nəzarəti; · Hazır məhsulların standart və ya texniki şərtlərə uyğunluğunun təmin olunması və nəzarəti; · Hazır məhsulların saxlanması, qablaşdırılması, yüklənməsi və daşınması üzrə standart yoxlamaların, eləcə də məhsul istehsalının müəyyən olunmuş tələblərə uyğunluğunu təmin edən digər laborator sınaqların təşkili və nəzarəti; · Laboratoriya sınaqları nəticəsində alınan məlumatlar əsasında məhsul və yarımfabrikatların təyinatı haqqında müvafiq struktur bölmələrin məlumatlandırılmasını təmin etmək; · Keyfiyyətsiz yarımfabrikat və hazır məhsullar haqqında təşkilat rəhbərliyini və müvafiq struktur bölmələri vaxtında məlumatlandırmaq; · Hazır məhsulun keyfiyyət göstəricilərini əks etdirən pasportların və digər sənədlərin hazırlanmasının təşkili və nəzarəti; · Məhsullarla bağlı istehlakçı iddialarının və tələblərinin araşdırılması üçün daimi komissiyanın işində iştirak; · Məhsul keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin işlənib hazırlanmasında və bu tədbirlərin yerinə yetirilməsinə nəzarətdə iştirak; · Texnologiyanın təkmilləşdirilməsi, yeni reseptlərin hazırlanması, daha qənaətcil və effektiv materialların axtarışı, məhsul keyfiyyətinin artırılması və istehsalın artırılması sahəsində tədqiqat və sınaqların təşkili və keçirilməsini təmin etmək; · Texnoloji reqlament və təlimatlara uyğun olaraq aparılan analiz, sınaq və digər tədqiqatların nəticələrinin təhlili, hesabatların hazırlanması və rəhbərliyə təqdimatı; · Yeni analiz metodlarının mənimsənilməsi və tətbiqi; · Texnoloji reqlament və təlimatlara uyğun olaraq aparılan analiz, sınaq və digər tədqiqatların nəticələrinin təhlili, hesabatların hazırlanması və təşkil və nəzarət; · Tədqiqat işlərinin, istehsalat-sanitar vəziyyətin, zavod göstəricilərinin və yanacaq nəzarətinin həyata keçirilməsi; · Ətraf mühitlə bağlı işlərin təşkili; · İstehsalat-sanitar vəziyyətə nəzarət. |
|
TƏLƏBLƏR |
|
· Ali təhsil (kimya sahəsində); · Ən azı 5 il müvafiq iş təcrübəsi, bunlardan 2 ili idarəetmə sahəsində olmalıdır; · Yüksək təşkilati və idarəetmə bacarıqları.
|







