|
Vəzifənin adı: |
SDM Laboratoriya Meneceri (QMI) |
Vəzifə növü: |
☒Mütəxəssislər (Mühəndislər)
☐İstehsalat işçiləri (Texniklər) |
Tabelilik |
SDM Laboratoriya Direktoru (təşkilati struktur üzrə)
|
|
Departament |
Laboratoriya
|
||||
|
Vəzifənin məqsədi |
Vəzifəni icra edən şəxs SDM-in bütün İstehsal Müəssisələrinin proses analizatorları və axın xəttinə qoşulmuş analizatorların fəaliyyətini idarə edir, həmçinin Laboratoriya cihazlarına texniki qulluq və nasazlıqların aşkarlanmasını və aradan qaldırılmasını təmin edir.
Bu, İstehsal Müəssisələrinin Laboratoriya və sahə analizatorlarının davamlı işləməsini və təkmilləşdirilməsini, təhlükəsiz istismarını, xüsusi avadanlıqlar üçün yerli/beynəlxalq standartlara uyğunluğu və yararlılığı təmin edən mühüm texniki vəzifədir. |
||||
|
Yer: |
Bakı, Azərbaycan |
||||
|
Vəzifə öhdəlikləri: |
|||||
|
Vəzifəni icra edən şəxs SDM Laboratoriya Meneceri (QMI) kimi SDM-in İstehsal Müəssisələrində proses analizatorları üzrə əməliyyatların aparılmasını və Laboratoriya cihazlarına texniki xidmətin göstərilməsini idarə edir. SDM Laboratoriya Meneceri (QMI) aşağıdakı vəzifələri var: 1. Proses analizatorları üzrə bütün əməliyyatlar üçün birinci səviyyəli şəxs: o SDM-in İsteshal Müəssisələrində Proses analizatorları üzrə bütün əməliyyatlar üçün əsas əlaqə saxlanılmalı şəxs kimi çıxış edir. 2. Tətbiq və nəzarət: o Sahədə proses analizatorunun müvafiq qaydada tətbiqini, fəaliyyətini və onlara nəzarəti təmin edir. o Əməliyyat mərhələləri, zavodda dəyişikliklər, layihələr və əsaslı təmir zamanı mövcudluğu, etibarlılığı və bütövlüyü saxlamaq üçün texniki təminatı, təcrübəni və həll yollarını təqdim edir. 3. İnkişaf və strategiya: o Tənzimləyici tələblərə, təhlükəsizlik standartlarına, ən qabaqcıl sənaye təcrübələrinə və təlimatlara uyğun olaraq mərkəzləşdirilmiş proses analizatorları və cihazların təminatı strategiyalarını hazırlayır. o Təminata dair tövsiyələrin davamlı icrasını təmin etmək üçün sahə prosedurlarının, iş təlimatlarının və sənədlərin hazırlanması, nəzərdən keçirilməsi və təmin edilməsini idarə edir. 4. Komandaya rəhbərlik və dəstək: o Səmərəliliyi və effektivliyi artırmaq üçün İstehsal Müəssisələrində proses analizatoru komandasına rəhbərlik edir. o Proses analizatorları üzrə istismar əməliyyatlarını təkmilləşdirmək üçün digər İstehsal Müəssisələrinə səfər edir və dəstəkləyir. 5. İdarəetmə və Koordinasiya: o İstehsal Müəssisələrinin Laboratoriyalarında proses analizatorlarının laboratoriyadaxili yoxlanılmasını idarə edir. o SDM-in Laboratoriya Direktoru ilə proses analizatorları ilə əlaqədar müqavilələrin və satınalmaların idarə edilməsinə nəzarət edir. 6. Hesabatın təqdim edilməsi və təhlil: o İstehsal Müəssisələri üçün texniki və keyfiyyətə dair məlumatlardan ibarət proses analizatorları haqqında aylıq hesabatları hazırlayır. o İstehsal Müəssisələrində üçüncü tərəfin müqavilələrini və sistemin səmərəliliyini qiymətləndirir. 7. Layihənin idarə edilməsi və texniki ekspertiza: o Proses analizatorlarının və nümunə götürmə sistemlərinin satın alınması üçün texniki spesifikasiyaları hazırlayır. o Layihələri idarə edir və İstehsal Müəssisələri üçün layihələrin texniki aspektlərini qiymətləndirir. 8. Keyfiyyət təminatı və uyğunluq: o Bütün beynəlxalq və yerli audit tələblərinə riayət olunmasını təmin edir. o Mühüm texniki və keyfiyyət məsələlərini SDM-in Laboratoriya Direktoruna bildirir və təkmilləşmə yollarını təklif edir. 9. Komandanın idarə edilməsi və inteqrasiyası: o İstehsal Müəssisələrinin Laboratoriya Menecerləri ilə təlim planları, rotasiyalar, məzuniyyətlərin idarə edilməsi və icra göstəricilərinin təhlili daxil olmaqla İstehsal Müəssisələrinin proses analizatorları üzrə komandalarını idarə edir. o Laboratoriya məlumatlarının idarə edilməsi (LIMS) proses analizatorlarına dair məlumatların inteqrasiyasını təmin edir və davamlı QMI əməliyyatları üçün çatışmazlıqların təhlilini aparır. 10. Əməkdaşlıq və qarşılıqlı əlaqələr: o Biznes məqsədlərinə çatmaq üçün departamentlərin uyğunlaşdırılmasını, keyfiyyət təminatını və resurs dəstəyini təmin edir. o Texnoloji proses analizatoru üzrə layihələri maraqlı tərəflərlə əlaqələndirir və layihənin vəziyyətini SDM-in Laboratoriya Direktoruna çatdırır. 11. Sənədləşdirmə və standartlar: o İstehsal Müəssisəsi laboratoriyalarının keyfiyyəti idarəetmə sistemlərinin (LQMS) proses analizatorları üzrə sənədlərə dair tələblərlə (məsələn, laboratoriya üzrə işçi təlimatlar, qeydiyyat jurnalları, planlar, formalar) uyğunlaşdırır. o Pproses analizatorlarının beynəlxalq standartlara uyğun olaraq kalibrlənməsini və yoxlanılmasını təmin edir. 12. Risklərin idarə edilməsi və texniki xidmət: o İstehsal Müəssisələrində proses analizatorları üzrə əməliyyatlar üçün risklərin qiymətləndirilməsini aparır. o Istehsal MüəssisələrininLaboratoriya komandaları və üçüncü tərəf nümayəndələri ilə nümunə silindrlərinə texniki xidmətin göstərilməsini idarə edir. 13. Fəaliyyət göstəricilərinin idarə edilməsi: o Şirkətin illik məqsədlərinə və İstehsal Müəssisələrinin proses analizatorları üzrə komanda üzvlərinin fərdi hədəflərinə nail olması qarşısınında öhdəlik daşıyır. o SDM-in Laboratoriya Direktorunun rəhbərliyi altında yerli Laboratoriya personalını təlimatlandırır və yol göstərir. |
|||||
|
Birbaşa tabelilik: |
|||||
|
Birbaşa tabeliyində olan – 0 |
|||||
|
Əsas interfeyslər (daxili və xarici) |
|||||
|
Kənar maraqlı tərəflər
– Podratçılar: Nəzarət -ölçü cihazları/Kimyəvi maddə təchizatçıları, Xidmət Təchizatçıları. Daxili
– SDM-in səlahiyyətli şəxsləri və mühəndislər.
|
|||||
|
Kvalifikasiya tələbləri: |
|||||
|
• Proses analizatorları üzrə minimum 9 il təcrübəyə malik və neft-qaz layihələri və/və ya neft-kimya sahəsində minimum 4 il idarəetmə təcrübəsi ilə ali təhsil (bakalavr dərəcəsi, Magistr dərəcəsi üstünlükdür)
|
|||||
|
Təcrübə üzrə tələblər: Vəzifəni icra edən şəxs aşağıdakı bacarıqlara malik olmalıdır:
• Xüsusilə rəhbərlik tərəfindən baxılacaq təqdimatlar hazırlamaq və səmərəli hesabatlar yazmaq daxil olmaqla, həm yazılı, həm də şifahi ünsiyyət bacarıqlarına sahib olmalıdır. • Komanda mühitində işləmək, ünsiyyət saxlamaq, anlamaq və dinamik və çoxfunskiyalı və çoxlokasiyalı mühitdə işləmək bacarığına malik olmalıdır • Xoş rəftarlı olmalı və birbaşa öz tabeliyində olmayan personalı dinləmək və onlara təsir etmək bacarıqlarına malik olmalıdır. • Beynəlxalq və yerli işçi heyətə rəhbərlik etməyə və onları istiqamətləndirməyə qadir olmalı • Beynəlxalq və yerli işçi qüvvəsi ilə inteqrasiya etməyə qadir olmalı • Problemləri həll etmə və analitik biliklər/kompüter bacarıqları • Təhlükəsizlik prinsiplərinə sadiqlik • Kimyəvi Laboratoriya analizləri və sınaqları haqqında anlayış • ISO 9001, ISO/IEC 17025 keyfiyyətə nəzarət üsulları ilə bağlı təcrübə. • Sahə işləri daxil olmaqla, yuxarıda göstərilən fəaliyyətlər üçün keyfiyyətə nəzarət üsulları (Qabaqcıl Laboratoriya Təcrübəsi, ISO/IEC 17025 və s.). • Proses analizatorları, nümunə götürmə sistemləri, Laboratoriya cihazları üzrə güclü iş təcrübəsi, • Təlimçi kimi iş təcrübəsi • İnnovasiyaları təşviq etmək üçün təchizatçılara təsir göstərmək imkanı verən liderlik (təsir etmə) bacarıqlarına malik olmaq. • Qrup təşkilatları daxilində və arasında səmərəliliyin artırılması üzrə təlimçi • Zəhərli maddələr, xüsusilə H2S maddələrlə işləmək bacarığı və təcrübəsi • Hər hansı təhlükəsiz tədbirlər və ya yanlış hərəkətlər, məsələn texniki baxımdan və ya davranışlara görə zəruri tədbirlər görmək və ya müdaxilə etmək bacarığı. • Sifarişçi (daxili və xarici) tələblərinə hədəflənmə • İngilis dili biliyi – yazmaq, oxumaq, danışmaq |
|||||
|
Hər hansı digər xüsusi tələblər Mövcud deyil
|
|||||












