|
Position Title/Vəzifə adı: |
Elektrik , NÖC və avtomatika üzrə menecer |
Position Type/Kateqoriya: |
☒White collar/Mühəndis-texniki heyət
☐Blue collar/Fəhlə heyəti |
Reports to/Tabelilik |
Təmir Departamentinin Direktoru |
|
Department/Departament |
Təmir departamenti |
||||
|
Job Purpose/Vəzifənin məqsədi |
Zavod ərazisində istifadə olunan cavabdeh olduğu sahə üzrə avadanlıqların texniki xidmət və təmir işlərini verilən proqram, təlimat və standartlara uyğun olaraq yerinə yetirilməsini təmin etməlidir. İşçi vəzifələrini Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq riayət etmək məsuliyyətini daşıyır. |
||||
|
Location/İş yeri: |
Mikayıl Əliyev 40, Bakı, Azərbaycan |
||||
|
Job Responsibilities/Vəzifə öhdəlikləri: |
|||||
|
· SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi. · Cari təmir, çatışmazlıqları və nasazlıqları aradan qaldırmaq, əlavə quraşdırma və montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riyaət etmək. · Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək. · Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirilməsinə nəzarət etmək · İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan birliyi ilə əlaqəli planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək. · SAP sistemi üzərindən günlük, həftəlik, cari, əsaslı təmir bərpa sınaq-sazlama işlərini təşkil edilməsinə nəzarət etmək · SAP sistemi üzərindən yeni iş bildirişinin yaradılmasına, iş sifarişlərinin yoxlanılmasına və lazımi tədbirlərin görülməsinə nəzarət edilməsi · Ehtiyat hissələrin müəyyən edilməsinə və sifarişinin SAP sistemi üzərindən izlənilməsinə nəzarət edilməsi · Bölmənin illik işçi ehtiyacının müəyyən edilməsi · Elektrik və NÖC və avtomatika üzrə avadanlıqların təmir işləri ilə əlaqədar həftəlik və aylıq hesabatların hazırlanması və nəzarəti · Elektrik və NÖC və avtomatika üzrə avadanlıqların təmiri bölməsinin illik xərclərin büdcəyə uyğunluğunun hazırlanması və izlənilməsi · Hazırlanmış iş qrafikinə və onun mahiyyətinə uyğun olaraq tabeçiliyində olan işçilərin işlər üzrə bölüşdürülməsini təmin etmək, verilən tapşırıqların vaxtında başa çatdırılması üçün işlərin daimi izlənilməsi, nəzarəti altında olan işçilərin komanda kimi çalışmasını təmin etmək və bağlı olduğu rəhbərə hesabat hazırlaması · Nəzarəti altında olan işçilərə lazımi təlimlərin verilməsi, eyni zamanda tabeliyindı olan şəxslərin təlimlərin verilməsinə nəzarət edilməsi. Ehtiyac olunan təlimlər haqqında məlumatın və aparılan təlimlərin qiymətləndirmə nəticəsinin öz rəhbərinə vaxtında bildirilməsi · Məsuliyyəti altında çalışan şəxslərdən təkliflərin şərhi və onlar barədə öz rəhbərinə: mükafat, tanınma, təqdiretmə və cəzalandırma ilə bağlı qaydalara uyğun olaraq tövsiyələrin verilməsi · Podratçı şirkətin elektrik, NÖC və avtomatika üzrə avadanlıqlara görəcəyi təmir işləri ilə bağlı işlərinin düzgün yerinə yetirilməsinə nəzarət edilməsi · Qəza duruşlarında elektrik , NÖC və avtomatika üzrə avadanlıqların nasazlıqların müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılmasına nəzarət edilməsi · Mərkəzləşmiş təmir qaydalarına uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyətin göstərilməsi · Əsaslı Təmir şöbəsinə təmir əvvəli, təmir zamanı və təmir sonrası dəstək verilməsi · Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfələrin verməsi, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşması
|
|||||
|
Direct Reports/Birbaşa tabeliyində olan: |
|||||
|
Elektrik , NÖC və avtomatika üzrə Böyük mühəndis, aparıcı mühəndis, Elektrik , NÖC və avtomatika üzrə mühəndis, Elektrik , NÖC və avtomatika üzrə usta, texnik |
|||||
|
Main Interfaces (internal and external)/Əlaqəli tərəflər (daxili və xarici): |
|||||
|
Bütün bölmələr |
|||||
|
Qualification Requirements/Kvalifikasiya Tələbləri: |
|||||
|
· İxtisasa uyğun olan diplom, beynəlxalq və yerli standartların tələblərinə cavab verən sertfikatlar. · Komandanın idarə olunması bacarığı · Elektrik avadanlıqları, transformatorlar, elektrik mühərrikləri və idarəedicilər, generatorlar, elektrik stansiyaları və orta və yüksək gərginlikli əlaqəli paylayıcı qurğular, dəyişkən frekans tənzimləyiciləri, UPS və PLC haqqında məlumatlı olmaq., P&ID sxemlərini, elektrikli SLD və sxematik diaqramları oxumaq və anlamaq, paylanmış idarəetmə sistemlərini (DCS), Güc İdarəetmə Sistemini (PMS), Atmosfer Partlayıcılarını (ATEX) anlamaq , istifadə olunan NÖC və avtomatika cihazlarının və idarəetmə klapanlarının işləmə prinsiplərini, DCS, ESD, F&G kimi idarə etmə sistemlərinin əsaslarını bilməli, proses P&ID sxemlərini, sxematik diaqramları oxuyub anlamaq · SAP PM, Microsoft Office Programları haqqında biliklər · Təmir planlama və Proqlamlaşdırma · RCM, FMEA, SIL, HAZOP, MOC,PTW və RCA, · API və digər Beynəlxaq standartları · İngilis dil biliyi mükəmməl, digər dil bilikləri arzuolunan
|
|||||
|
Experience Requirements/Təcrübə Tələbləri: 10 il |
|||||
|
Elektrik və ya NÖC və avtomatika ixtisaslı |
|||||
|
Working Conditions/İş şəraiti: |
|||||
|
Zavod ərazisi |
|||||









