|
Department/ Departament |
Laboratoriya
|
|
Vəzifənin məqsədi / Job purpose |
Vəzifəni icra edən şəxs online və sahə analizatorların fəaliyyətini idarə edir, eyni zamanda laboratoriya avadanlıqlarının texniki xidmətini və nasazlıqlarınını aradan qaldırılmasını təmin edir. Vəzifəni icra edən şəxs SDM-in digər zavodları üçün də eyni fəaliyyətləri həyata keçirir. Bundan əlavə, nümunə götürmə silindrlərinin texniki xidmət fəaliyyətlərini təmin edir. Bu xidmətlər Azərbaycan Respublikasının qanunvericiliyinə və ISO/IEC 17025:2017 standartının ən son versiyasına, eləcə də beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir.
Vəzifəni icra edən şəxs ehtiyac olduqda Qeyri-müntəzəm əməliyyatlar üzrə Laboratoriya Supervayzerini dəstəkləyir və müntəzəm və qeyri-müntəzəm Laboratoriya fəaliyyətlərini Laboratoriya üzrə Menecer ilə birgə həyata keçirir.
Bu, Laboratoriya və sahə analizatorlarının fasiləsiz işləməsini və təkmilləşdirilməsini, təhlükəsiz istismarı, yararlılığını və ayrılmış avadanlıqlar üçün yerli və beynəlxalq standartlara uyğunluğunu təmin edən vacib texniki vəzifədir. |
|
İş yeri / Location |
Bakı, Azərbaycan |
|
Vəzifə öhdəlikləri/ Job responsibilities |
|
|
Vəzifəni icra edən şəxs Proses analizatoru üzrə Supervayzer vəzifəsini daşıyaraq Proses analizatorları üzrə əməliyyatlara və laboratoriya avadanlıqlarının texniki baxımına nəzarət edir (15-dən çox işçi heyəti ilə).
Proses analizatoru üzrə Supervayzer aşağıdakı vəzifə öhdəliklərinə malikdir:
• Proses analizatorları üzrə əməliyyatlar üçün birinci səviyyəli əlaqəli şəxs kimi çıxış edir • Sahənin onlayn analizator fəaliyyətlərinin və Proses analizatorları üzrə əməliyyat nəzarətinin düzgün həyata keçirilməsini və işləməsini təmin edir. • Proses analizatorları üzrə əməliyyatlar və avadanlıqlar üzrə texniki təminatı, ekspertiza, performansın monitorinqi və həllər təqdim edir ki, bu da istismar dövründə, zavod dəyişikliklərində, layihələrdə və əsaslı təmir zamanı yüksək işlək vəziyyətin, etibarlılığın və bütövlüyün təmin olunmasına xidmət edir. Buna təminat tövsiyələrinin davamlı və ardıcıl tətbiqi və biliklərin idarə olunması təmin olunması üçün prosedurların, iş təlimatlarının və bütün əlaqəli sənədlərin hazırlanması, gözdən keçirilməsi və saxlanılması daxildir. • Proses analizatorları üzrə əməliyyatlar və avadanlıq təminatı strategiyasını tənzimləyici tələblərə, təhlükəsizlik, sənaye və ən yaxşı təcrübə və qaydalara uyğun olaraq hazırlayır. • Proses analizatoru üzrə Mütəxəssislərə rəhbərlik edir və vəzifələrinin səmərəlilik və effektivliyini təmin edir. • Proses analizatorlarının səmərəliliyi və effektivliyi üçün digər SDM müəssisələrini ziyarət edir (məsafədən) və təkmilləşdirilməsinə dəstək olur. • Müxtəlif tədarükçülərdən inteqrasiya olunmuş sistemlər üzərində ətraflı funksional testlər aparır. • Onlayn analizatorların daxili yoxlamasını (SQC) idarə edir • Spesifikasiyadan kənar nəticələrin (Out of Specification) araşdırılmasını aparır və lazım olduqda düzəldici və önləyici tədbirlər həyata keçirir, kök-səbəb təhlilini həyata keçirir. • Proses analizatorları ilə bağlı müqavilə və satınalma proseslərinin idarə olunmasında Laboratoriya Rəhbərliyini dəstəkləyir. • Laboratoriyanın aylıq hesabatının hazırlanmasında Laboratoriya Rəhbərliyini dəstəkləyir, Proses analizatorları üzrə əməliyyat fəaliyyətlərinə uyğun olaraq texniki və keyfiyyət baxımından əsas dəyişiklikləri müəyyən edir. • Proses analizatorları üzrə əməliyyatlar, SƏTƏM, Keyfiyyət, LIMS ilə bağlı sənədlərin tətbiqinə nəzarət edir və istiqamət verir, sistemin və əlaqəli proseslərin davamlı inkişafını təmin edir • Bütün beynəlxalq və yerli audit tələblərinin yerinə yetirilməsini təmin edir • Texniki və keyfiyyət baxımından kritik məsələləri daimi olaraq xətti rəhbərinə bildirir və sistemin inkişafı üçün həll yolları təklif edir. • Öz səlahiyyəti altında olan bütün işçi tələblərini– təlim planları, rotasiyalar, məzuniyyətlər, performans qiymətləndirmələrini idarə edir • Laboratoriyanın Proses analizatorları ilə bağlı bütün fəaliyyətlərinə nəzarət edir və istiqamət verir – tullantıların idarə olunması, ehtiyat hissələri və sərfiyyat materialları, kimyəvi maddələrin və qazların təhlükəsiz saxlanması, nümunə və kimyəvi maddələrin idarə olunması; SƏTƏM üzrə Mütəxəssis ilə birgə risk qiymətləndirmələri və iş təhlükəsi təhlillərinə rəhbərlik edir. • Bütün Proses analizatorları üzrə komandanın sahə və laboratoriya işi üçün lazımi şəkildə təlim keçməsini və səriştəli olmasını təmin edir • Etibarlı fəaliyyət üçün LIMS-Proses analizatorları məlumatlarının qeydə alınması və monitorinqini idarə edir • Proses analizatorlarl ilə bağlı müqavilələri idarə edir. • Qərəzsizliyi və proses risk imkanlarının ISO 17025 standartına uyğun şəkildə əhatə olunmasını təmin edir: İdarəetmə Sisteminin nəzərdə tutulmuş nəticələrə nail olmasını, Proses analizatorları üzrə əməliyyatların məqsəd və hədəflərinə çatmaq imkanlarının artırılmasını, laboratoriya fəaliyyətlərində arzuolunmaz təsirlərin və potensial uğursuzluqların qarşısının alınmasını və inkişafların əldə olunmasını təmin edir • Departament daxilində sağlam əməkdaşlığı idarə edir, uyğunluq, keyfiyyət təminatı və resurs dəstəyi ilə biznes hədəflərinə çatmağı təmin edir. • Proses analizatorları üzrə avadanlıqlarının etibarlılığını illik çatdırılma planına uyğun olaraq təmin edir • Növbə təhvil-təslim prosesinə cavabdehdir və hər hansı bir əməkdaşın məzuniyyətə çıxması və ya digər səbəblərlə işdə olmaması halında düzgün idarəetməni təmin edir. • Qeyri-müntəzəm bölmələr üzrə inventarın, ehtiyat balansının monitorinqini aparır, istehlak və ya qəbulun düzgün qeydə alınmasını, həmçinin materialların müxtəlif anbar yerləri üzrə yenidən paylanmasını yoxlayır (məsələn: kimyəvi maddələr, ehtiyat hissələri, sərfiyyat materialları, şüşə ləvazimatları, standart qarışıqlar) və bu barədə ardıcıl qeydiyyat aparır. • Laboratoriya avadanlıqlarının ilkin texniki baxışına və nasazlıqların aradan qaldırılmasına laboratoriya üzrə məsul şəxslərlə birlikdə rəhbərlik edir. • Avadanlıq jurnallarının düzgün izlənilməsini və hadisələrin vaxtında qeydə alınmasını təmin edir. • Nümunə silindrlərinin texniki baxışını Laboratoriya Nümunəgötürmə üzrə Mütəxəssisi ilə birlikdə həyata keçirir və bununla bağlı prosedurların hazırlanmasına dəstək verir • Keyfiyyət Təlimatında səlahiyyətlər matriksində təsvir edilmiş səlaghiyyət və öhdəliklərə görə məsuliyyət daşıyır. • Şirkətin illik məqsədlərinə və fərdi hədəf və məqsədlərə sadiq qalır. • Laboratoriya Rəhbərliyinə dəstək verir və laboratoriyada yerli əməkdaşlara davamlı şəkildə təlim və mentorluq edir. |
|
|
Birbaşa tabeliyində olan / Direct reports |
|
|
Birbaşa tabelyində olan 7 |
|
|
Əlaqəli tərəflər (daxili və xarici)/ Main interfaces (internal and external) |
|
|
Xarici
– Podratçılar: Avadanlıq/kimyəvi maddə təchizatçıları, xidmət təchizatçıları. Daxili
– SDM-in məsul şəxsləri və mühəndisləri
|
|
|
Kvalifikasiya tələbləri / Qualification requirements |
|
|
• Universitet dərəcəsi (Bakalavr) və Proses analizatorları sahəsində minimum 5 illik iş təcrübəsi, neft və qaz layihələri və/və ya neft-kimya sahəsində minimum 2 illik rəhbərlik təcrübəsi (Magistr dərəcəsi üstünlükdür)
|
|
|
Təcrübə tələbləri / Experience requirements |
|
|
Vəzifəni icra edən şəxs aşağıdakı bacarıqlara malik olmalıdır:
• Rəhbərlik tərəfindən təhlillər üçün təqdimatlar hazırlamaq və effektiv hesabatlar yazmaq qabiliyyəti daxil olmaqla, şifahi və yazılı ünsiyyət bacarıqları |
|
|
Digər xüsusi tələblər / Any other specific requirements |
|
|
Mövcud deyil |
|
|
İş şəraiti / Working conditions |
|
|
Bakı şəhərində, rezident əsasda, 5/2 iş rejimində, səhər saat 08:00-dan axşam 17:00-a qədər, maksimum 1 saatlıq nahar fasiləsi ilə fəaliyyət göstərir – Əcnəbi işçi kimi işə qəbul olunur. |
|









